Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu vuruldu
25.11.2019 - 10:44
Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu vuruldu

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb. 

Apasport.az saytının məlumatına görə, XII turun 4 oyununda qapılara 16 top vurulub. 

Bütün komandaların qol sevinci yaşadığı turda “Neftçi” “Qəbələ”ni 4:1, “Sabah” “Səbail”i, “Zirə” “Keşlə”ni eyni – 3:1, “Sumqayıt” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib. Orta məhsuldarlıq 4-ə bərabər olub. Bunadək mövsümün rekordu IX tura təsadüf etmişdi. 14 qolun vurulduğu vaxt orta göstərici 3,50-yə bərabər idi.

Sonuncu dəfə bu rəqəmin 4 və ya daha yüksək olması ötən mövsümün XXIII turunda qeydə alınıb. Həmin vaxt 16 qol vurulub, məhsuldarlıq 4-ə bərabər olub. Ötən mövsümkü mütləq rekord isə XI tura məxsusdur – 17 qol (4,25).