Azərbaycan – Uels matçında xoşagəlməz hadisə
16.11.2019 - 23:06
Azərbaycan – Uels matçında xoşagəlməz hadisə

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Uels qarşılaşması xoşagəlməz hadisə ilə müşayiət olunub.

Apasport.az saytının məlumatına görə, qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən dərhal sonra meydançaya azarkeş daxil olub.

Yığmamızın fanatı bir-bir futbolçularla yaxınlaşaraq onlarla şelfi çəkib. Arenadakı asayiş keşikçilərinin gözündən yayınan azarkeş bir müddət meydanda istədiyi kimi hərəkət edib.

Yalnız sonradan icazəsiz qazona çıxan fanatı görən polis əməkdaşları onu arenadan çıxarmağa nail olublar.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu Bakıdakı “Bakcell Arena”da keçirilib.