Azərbaycan - Uels: Kim daha yaxşı oynadı?
17.11.2019 - 20:32
Azərbaycan - Uels: Kim daha yaxşı oynadı?

AVRO-2020-nin seçmə mərhələsində "Bakcell Arena"da Azərbaycan millisi üzərində 2:0 hesablı qələbə qazanan Uels yığması final mərhələsinə vəsiqə şansını artırıb. 

Apasport.az saytının məlumatına görə, Britaniya KİV-i komandanın Bakıdakı görüşdə sərgilədiyi oyunu dəyərləndirib.

Uelslilər 3 futbolçuya - Tom Lokyer, Ben Devis və Co Morrellə ən yüksək qiyməti veriblər. Ancaq onlar arasında sonuncunun çıxışı xüsusi fərqləndirilib. Co Allenin yoxluğunda onun boşluğunu layiqincə dolduran Morrellin, əsasən də, topla qısa məsafəli və səliqəli davranışı vurğulanıb. Həmkarlarımız bunun 22 yaşlı orta sahə oyunçusunun karyerasında ən yaxşı oyun olduğunu düşünürlər.

Yalnız Kris Mepham və meydana sonradan daxil olan Aron Remsinin nisbətən zəif təsir bağışladığı yazılıb.

Uelsi futbolçuların qiyməti: Ueyn Hennessi - 7, Konnor Roberts - 7, Kris Mepham - 6, Tom Lokyer - 8, Ben Devis - 8, Co Morrell - 8, Ethan Ampadu - 7, Qaret Beyl - 7, Harri Uilson - 7, Daniel Ceyms - 7, Kieffer Mur - 7, Aron Remsi - 6, Rabbi Matondo - qiymətsiz, Uill Vaulks - qiymətsiz.

Qeyd edək ki, noyabrın 19-da son oyunda Macarıstanı qəbul edəcək Uels millisi qalib gələcəyi təqdirdə, final mərhələsinə vəsiqə əldə edəcək.