Azərbaycan çempionatında hakim təyinatları açıqlandı
04.12.2019 - 10:45
Azərbaycan çempionatında hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında növbəti təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, XI turun matçlarının hakimləri bəlli olub.

Bu qarşılaşmalar dekabrın 5-də baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək tura Anar Fərəcovun fiti ilə start veriləcək. “Marafon”la EKOL arasında mərkəzi oyunu Əli Cəbrayılov idarə edəcək.

Yüksək Liqa
XI tur
5 dekabr

“Premier” – “Record club”
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov
Bakı İdman Sarayı. Saat 12:00
 
“Marafon” – EKOL
Hakimlər: Əli Cəbrayılov, Mehman Mahmudov, Nihad Xasıyev
Bakı İdman Sarayı. Saat 14:00

“Xızı Futzal” – “Baku Fire”
Hakimlər: Anar Fərəcov, Knyaz Əmiraslanov, Elmir Quluzadə
Bakı İdman Sarayı. Saat 16:00
 
“Araz” – “Bakı”
Hakimlər: Ramiz Məhərrəmov, Nail Nağıyev, Ramil Namazov
Bakı İdman Sarayı. Saat 18:00
 
“Neftçi” – “Yasamal”
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Fuad Həsənov
Bakı İdman Sarayı. Saat 20:00