Azərbaycan çempionatında ilk dəfə
20.12.2019 - 11:43
Azərbaycan çempionatında ilk dəfə

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının XIV turu çərçivəsində keçiriləcək “Premier” – “Araz” oyununun məkanı müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, qarşılaşma Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin İdman kompleksində keçiriləcək. 

Bu, Yüksək Liqanın debütantı olan əyalət təmsilçisinin oyunun Qubada keçirilməklə bağlı Azərbaycan Futzal Federasiyasına müraciətindən sonra mümkün olub. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.

Bu qarşılaşma Yüksək Liqa tarixinə Qubada təşkil olunacaq ilk matç kimi düşəcək. Şimallılarla Naxçıvan təmsilçisi arasında görüş dekabrın 25-də baş tutacaq. Oyun saat 14:00-da başlayacaq.