Azərbaycan çempionu adını qazanın ilk əcnəbi baş məşqçi vəfat etdi
17.12.2020 - 11:32
Azərbaycan çempionu adını qazanın ilk əcnəbi baş məşqçi vəfat etdi

Bakının “İnter” (hazırkı “Keşlə”nin) klubunun sabiq baş məşqçisi Valentin Xodukin vəfat edib.

Apasport.az saytının məlumatına görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, ukraynalı mütəxəssis 81 yaşında dünyasını dəyişib. Avqustda koronavirusa yoluxan məşqçiyə sabiq futbolçuları yardım kampaniyası başlatmışdılar.

Qeyd edək ki, 2006-2009-cu illərdə ölkəmizdə “İnter”i çalışdıran Valentin Xodukin 2007/08 mövsümündə Azərbaycan çempionu adını qazanan ilk əcnəbi baş məşqçi olub.
 

0