“Gürcüstan klublarının avrokuboklarda mərhələ adlamaq perspektivi yüksəkdir”.
Apasport.az saytının məlumatına görə, bunu Tbilisi “Lokomotiv”inin baş məşqçisi Giorgi Çiabrişvili deyib.
Ölkəsinin mətbuatına açıqlamasında klublarının Avropa arenasındakı şanslarını dəyərləndirən çalışdırıcı Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Tbilisi “Dinamo”su barədə də fikir bildirib: “Digərləri ilə müqayisədə püşkatmada “Dinamo”nun bəxti gətirmədi. Təmsilçimiz olduqca güclü rəqiblə düşüb. Ancaq Azərbaycan çempionu ilə şanslar yenə yarı yarıyadır”.
Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyunun 7-də Tbilisidə, cavab görüşü isə 14-də Bakıda keçiriləcək.