Azərbaycan idmançısı DÇ-dən imtina etdi
13.04.2022 - 12:31
Estoniyanın paytaxtı Tallinndə fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionatı başlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan bu dəfə yarışdan kənar qalıb.
Hərçənd ölkəmizi çempionatda bir idmançı təmsil etməli idi. Qızların yarışında çıxış etməsi gözlənilən Səbinə Əliyeva iştirakçılar sırasından çıxarılıb.
O, mundialda iştirakdan imtina edib. Belə addımın səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, əslən azərbaycanlı olan Səbinə Rusiya fiqurlu konkisürmə məktəbinin yetirməsidir.
0
0