Azərbaycan klubunun Çempionlar Liqasında qrup oyunlarının vaxtı müəyyənləşib
04.09.2019 - 12:59
Azərbaycan klubunun Çempionlar Liqasında qrup oyunlarının vaxtı müəyyənləşib

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz”ın oyunlarının təqvimi müəyyənləşib. 

APA-nın məlumatına görə, Belçikada keçiriləcək qrup oyunlarında təmsilçimiz ilk matçına oktyabrın 9-da çıxacaq.

Naxçıvan təmsilçisi “Halle Gooik” ilə görüşəcək. Ölkə çempionu ertəsi gün “Benfika”, son turda “Xerson”la qarşılaşacaq.

9 oktyabr
“Araz” - “Halle Gooik” (Belçika)
Halle şəhəri. De Bres Arena. Saat 22:30
 
10 oktyabr 
“Araz” - “Benfika” (Portuqaliya)
Halle şəhəri. De Bres Arena. Saat 19:30

12 oktyabr 
“Xerson” (Ukrayna) – “Araz”
Halle şəhəri. De Bres Arena. Saat 19:30