Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Apasport.az saytının məlumatına görə, tədbir dekabrın 16-da Bakı İdman Sarayının Mətbuat konfransı otağında təşkil olunacaq.
Bu mərhələdə I və II liqada çıxış edən komandalar bir-birinə rəqib olacaq. İlk mərhələdə 40 iştirakçı qüvvəsini sınayacaq.
I liqa təmsilçilərindən 20-si yarışda oynayacaq. Bunlar “Standard”, “Ayaks Baku”, “Forza Neftçi”, ADBTİA, “Star karqo”, “Red Line”, “Metropoliten”, “Ulduz”, AzMİU, U-19, “Baku Fans”, “Qarabağ-Füzuli”, “Rayyan MFK”, “Yasamal” İSK-2, “Xızı Yasamal”, “Baku Fire-2”, “Zəngilan” FK, “Çinar Cəbrayıl”, “Zirvə Bakı” və “Veqa”dır. II liqada oynayan komandalardan da NTD, “Advokat”, “Baku Fire-3”, “Baker Tilly”, “Altay”, “Dalğa”, “Atletiko Baku”, “Bibi-Heybət”, “Hövsan”, “Star karqo-2”, “Bədr Xocalı”, “Borçalı”, “Zülfüqar”, “Təbriz”, “Gənclik” İK, “Baker Hughes”, AZZERS, “Timsport”, “Zirvə Bakı-2”, “Emin spor” kubokda qüvvəsini sınayacaq.
Qeyd edək ki, Yüksək Liqa klubları mübarizəyə sonradan qoşulacaqlar.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı