Azərbaycan kuboku: 1/4 finalın üç cütü müəyyənləşib
04.12.2019 - 17:03
Azərbaycan kuboku: 1/4 finalın üç cütü müəyyənləşib

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütlərindən üçü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin bu gün keçirilən ilk iki oyunundan sonra “Səbail” və “Qəbələ”nin növbəti raunddakı rəqibi bəlli olub.

“Səbail”in rəqibi “Zirə” – “Qaradağ-Lökbatan” matçında müəyyənləşib. 1/8 final mərhələsinin bu gün keçirilən oyununda 4:0 hesabı ilə qalib gələn Zaur Həşimovun yetirmələri Premyer Liqanın autsayderinə rəqib olublar. 

“Qəbələ”nin rəqibi isə “Sabah” – “Ağsu” görüşündə dəqiqləşib. I divizion klubunu 5:0 hesabı ilə darmadağın edən Jelko Sopiçin komandası 1/4 finala yüksəlib.

1/4 final mərhələsinin görüşləri dekabrın 15-16 və 19-20-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın dünən müəyyənləşən ilk cütündə “Qarabağ”la “Keşlə” üz-üzə gələcək.