Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq qarşılaşmaların hakimləri bəlli olub.
Bu görüşlərdə “Qəbələ” – “Qarabağ”ı, “Zirə” “Neftçi”ni qəbul edəcək. Bu matçları Kamal Umudlu və Rauf Cabarov idarə edəcək.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
20 aprel (çərşənbə)
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu
20:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu