Azərbaycan kubokunda mövsümün ilk təyinatları
02.12.2019 - 20:32
Azərbaycan kubokunda mövsümün ilk təyinatları

Futbol üzrə Azərbaycan kubokunda 2019/20 mövsümünün ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah start götürəcək 1/8 final mərhələsinin görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Kubokda mövsümə Rauf Allahverdiyevin fiti ilə start veriləcək. Digər qarşılaşmaları Fərid Hacıyev, Rəşad Əhmədov və Nicat İsmayıllı idarə edəcək.

Azərbaycan kuboku
1/8 final
3 dekabr (çərşənbə axşamı)

“Keşlə” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 15:00 ("CBC Sport"/canlı)

4 dekabr (çərşənbə)
“Sabah” – “Ağsu”
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00 (Pfl.az/canlı)

“Zirə” – “Qaradağ Lökbatan”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 14:00 ("CBC Sport"/canlı)

“Sumqayıt” – “Zaqatala”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Kapital Bank Arena”, 17:00 ("CBC Sport"/canlı)

0