Azərbaycan kubokunda yarımçıq dayandırılan oyunla bağlı qərar açıqlandı
22.01.2020 - 12:38
Azərbaycan kubokunda yarımçıq dayandırılan oyunla bağlı qərar açıqlandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsində baş verənlər müzakirə olunub.

AzMİU – “Baker Hughes” arasında cavab oyununun 29-cu dəqiqə 56-cı saniyəsində matç dayandırılıb. Buna nominal meydan sahiblərinin heyətində yetərli sayda oyunçunun qalmamağı səbəb olub. Buna görə də AzMİU-ya 0:5 hesablı texniki məğlubiyyət verilib.