Azərbaycan millisi Malta ilə bacarmayıb
06.09.2019 - 00:26
Maltanın paytaxtı Vallettada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
APA-nın məlumatına görə, millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurub.
Qeyd edək ki, komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.
0
0