Azərbaycan millisi daha bir rəqib tapdı
21.01.2020 - 12:37
Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, milli martın 26-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə də qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
0
0
Azərbaycan yığması
Malta
Lixtenşteyn