AVRO-2020-nin seçmə mərhələsinin ilk 9 turunun ən yaxşı futbolçuları bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Fedeks” şirkətinin indekslərinə əsasən arxada qalan müddətdə ən yaxşı oyunçu Memfis Depaydır.
Hollandiya yığmasının ulduzu 2541 indeksə malikdir. Onun komanda yoldaşı Frenki de Yonq 2450 xalla 2-cidir. İngiltərəli qapıçı Yordan Pikford 3-cü yerdədir – 2401 xal.
Azərbaycan millisinin ən yaxşısı isə Ramil Şeydayevdir. 587 xala malik hücumçu Avropada 202-ci yerdə qərarlaşıb. O, komanda yoldaşı Riçard Almeydadan 26 xal və 28 pillə öndədir. Gənc müdafiəçi Bəhlul Mustafazadə də 3-cü “yüzlük”də yer alıb. 517 xala malik futbolçu 270-cidir.