Azərbaycan və Slovakiya yığmaları fərqli məkanlarda
17.11.2019 - 15:05
Azərbaycan və Slovakiya yığmaları fərqli məkanlarda

AVRO-2020-nin seçmə mərhələsinin Slovakiya – Azərbaycan oyunundan əvvəl baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Apasport.az-ın məlumatına görə, sonuncu turun noyabrın 19-da keçiriləcək qarşılaşması ərəfəsindəki tədbirlər bir gün öncə təşkil olunacaq.

Azərbaycan yığmasının məşqi və konfransı Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 22:00-da mətbuat konfransı, 22:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq başlayacaq.

Təşkilatçılar Azərbaycanla Slovakiyanı fərqli məkanlara salıblar. Meydan sahiblərinin “X-Bionic Centre”dəki mətbuat konfransı 19:30, ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi 1 saat sonra başlayacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.