Azərbaycan yığması Almaniya ilə qarşılaşacaq
29.11.2019 - 13:51
Azərbaycan yığması Almaniya ilə qarşılaşacaq

17 və 19 yaşadək qızlardan ibarət milli komandalar arasında final mərhələsi 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının ilkin seçmə mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan yığmalarının da rəqibləri bəlli olub.
 
U-17 ilkin seçmə mərhələnin II qrupunda Almaniya, Belçika və Malta ilə eyni qrupda mübarizə aparacaq. 

U-19 isə ilkin seçmə mərhələnin VII qrupunda Belçika, İsveç və Kiprlə üz-üzə gələcək.
 
Qeyd edək ki, U-17-nin qrup oyunları gələn il sentyabrın 1-dən 10-dək Maltada, U-19-un görüşləri isə oktyabrın 19-dan 27-dək Belçikada keçiriləcək.