Azərbaycan yığması Yunanıstanda toplanış keçirəcək
29.10.2019 - 17:21
Azərbaycan yığması Yunanıstanda toplanış keçirəcək

Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı müəyyənləşib.

APA-nın məlumatına görə, milli komanda iki təlim-məşq toplanışı keçirəcək.

Yığma noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində hazırlaşacaq, ardınca rəsmi oyunlara çıxacaq. Bakıdakı toplanışın ilk günündə komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunacaq.