Azərbaycan yığması qrupda qaldı
16.11.2019 - 19:45
Azərbaycan yığması qrupda qaldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2020-nin ilkin seçmə mərhələsini adlaya bilməyib.

Apasport.az-ın məlumatına görə, buna IX qrupun II turunun ikinci oyununun nəticəsi səbəb olub.

Yunanıstan yığması Qazaxıstanı 5:1 hesabı ilə məğlub edib. Bununla da ilk iki turdan sonra hərəyə 6 xal toplayan Almaniya və Yunanıstan elit-raunda vəsiqəni təmin ediblər.

İlk turda Ellada təmsilçisinə 1:6, bu gün Almaniyaya 0:2 hesabı ilə uduzan Vüqar Məmmədin baş məşqçisi olduğu yığma son matçında Qazaxıstanla görüşəcək. Xalsız komandaların 3-cü yer uğrunda matçı formal xarakter daşıyacaq.

Düzdür, 13 qrupun ilk iki komandası ilə yanaşı, ən yaxşı nəticəyə malik dörd 3-cü yer sahibi də elit-raunda vəsiqə əldə edir. Lakin bu müqayisə zamanı ilk iki pillədəki komandalarla görüşlərin nəticələri nəzərə alınır. 

Azərbaycan millisi isə qrupun iki lideri ilə görüşlərdə xal toplamayıb. Top fərqi isə “-7”dir. Bu isə ən yaxşı 4 komanda sırasında düşməyəcəyini rəsmiləşdirib. Çünki ən azı 4 yığma – 3 xal qazanan Rumıniya, 1 xal toplayan Belarus, həmçinin top fərqi daha yaxşı olan Sloveniya və Şimali Makedoniya yığmamızı üstələyir.

1

Yunanıstan

2

2

0

0

11-2

6

2

Almaniya

2

2

0

0

7-0

6

3

Azərbaycan

2

0

0

2

1-8

0

4

Qazaxıstan

2

0

0

1

1-10

0