Azərbaycan klublarının heyətində yalnız 8 futbolçu mövsüm ərzində 10 və daha çox qol vurmağa nail olub.
Apasport.az saytının məlumatına görə, 2021/22 mövsümünün bombardiri Kadi Borqesdir.
“Qarabağ”ın futbolçusu ümumilikdə 14 qola imza atıb. O, Premyer Liqada 8, Azərbaycan kubokunda 1, Konfrans Liqasında 5 dəfə fərqlənib.
10 və daha çox qol vuran oyunçulardan beşi “Qarabağ”ı təmsil edir. “Neftçi”, “Zirə” və “Sabah”ın bir üzvü də belə məhsuldarlığa nail olub.
Cədvəldə Azərbaycan futbolunun heç bir yetirməsi yer almayıb. Rusiyada yetişən Ramil Şeydayevlə Emin Mahmudov, Xorvatiya yığmasının sabiq üzvü Filip Ozobiç vətəndaşlığını dəyişən oyunçulardır. Digər 5 bombardir isə legioner olaraq qalmaqdadır.
|
yer |
futbolçu |
Klub |
PL |
ÖK |
AK |
CƏMİ |
|
1 |
Kadi Borqes |
Qarabağ |
8 |
1 |
5 |
14 |
|
2 |
İbrahima Vadji |
Qarabağ |
8 |
4 |
1 |
13 |
|
3 |
Coy-Lens Mikels |
Sabah |
9 |
3 |
0 |
12 |
|
4-5 |
Filip Ozobiç |
Qarabağ |
10 |
0 |
1 |
11 |
|
|
Abdullah Zubir |
Qarabağ |
8 |
0 |
3 |
11 |
|
6-8 |
Ramil Şeydayev |
Qarabağ |
6 |
2 |
2 |
10 |
|
|
Davit Volkov |
Zirə |
10 |
0 |
0 |
10 |
|
|
Emin Mahmudov |
Neftçi |
5 |
1 |
4 |
10 |
PL – Premyer Liqa, ÖK – ölkə kuboku, AK – avrokuboklar.