Azərbaycanda oynamaq istəmir – “Zirə”dən ayrılan futbolçu
20.07.2021 - 14:13
Yay fasiləsində “Zirə” ilə yollarını ayıran Klesio Bauk yeni komanda axtarışını davam etdirir.
Apasport.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, mozambikli hücumçunun bir neçə ölkədən təklifi var.
27 yaşlı forvardı istəyənlər arasında Azərbaycan klubu da var. Lakin sabiq “Qəbələ”li ölkəmizdə oynamaq fikrində deyil. “Benfika”nın yetirməsi 6 il əvvəl ayrıldığı Portuqaliyaya qayıtmaq istəyir. Hazırda o, “Maritimo” ilə danışıqlar aparır.
Qeyd edək ki, Klesio Bauk 2019/20 mövsümünü “Qəbələ”də, ötən mövsümü isə “Zirə”də keçirib.
0
0