Azərbaycanlı UEFA nümayəndəsi Rusiya yığmasının oyununa təyinat aldı
05.11.2019 - 09:55
Azərbaycanlı UEFA nümayəndəsi Rusiya yığmasının oyununa təyinat aldı

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.

APA-nın məlumatın görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununda iştirak edəcək.

O.Hüseynzadə noyabrın 15-də keçiriləcək Rusiya – Latviya qarşılaşmasının UEFA nümayəndəsi olacaq. Matç Rostov şəhərindəki “Rostov Arena”da baş tutacaq.