Karyerasını Küveytin “Əl-Salmiya” klubunda davam etdirən Kamal Mirzəyev çempionatdakı çıxışı ilə yüksək liqadakı digər klubların maraq dairəsinə düşüb.
Apasport.az saytına daxil olan məlumata görə, 25 yaşlı yarımmüdafiəçinin Küveyt çempionatının aparıcı komandalarından olan “Əl-Qadisiyə”yə keçmək variantı ortaya çıxıb.
Hazırda çempionatda ikinci pillədə qərarlaşan Əl-Küveyt şəhərinin təmsilçisi Mirzəyevi transfer etmək istəsə də, bu reallaşmayacaq. Futbolçu əməkdaşımıza bildirib ki, “Əl-Salmiyə” rəhbərliyi onu buraxmaq fikrində istəmir və komandada saxlayacaq.
Qeyd edək ki, Mirzəyevin komandası “Əl-Qadisiyə”dən sonra 11 xalla üçüncü pillədə qərarlaşıb. “Əl-Küveyt” 16 xalla çempionatın lideridir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı