Azərbaycanlı hakim İsraildə seminara qatılıb
17.01.2020 - 15:54
Azərbaycanlı hakim İsraildə seminara qatılıb

Azərbaycanlı futbol hakimi Əliyar Ağayev İsraildə təşkil olunan seminarda iştirak edir.

Apasport.az saytının məlumatına görə, FİFA referisi yanvarın 15-dən 18-dək keçirilən hakimlərin seminarına qatılıb.

O, tədbirə İsrail Futbol Federasiyasının dəvəti ilə yollanıb. UEFA mentoru Haim Jakovun və İsrailin elit hakimlərinin də iştirak etdiyi seminarda praktiki və nəzəri məşğələlər keçirilir.