Baha aldı, ucuz satır
25.04.2022 - 14:14
Baha aldı, ucuz satır

“Mançester Yunayted” Harri Maquayrı satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi kapitanla bağlı təklifləri müzakirə edəcək.

Mançesterlilər müdafiəçi ilə artıq yayda vidalaşmağı planlaşdırır. Lakin “qırmızı şeytanlar” Maquayrı aldığı qiymətdən aşağı satacağı ilə barışıb. Harri üçün “Lester”ə 80 milyon funt sterlinq ödəyən Mançester təmsilçisinin rəhbərləri başa düşür ki, heç bir klub bu qiyməti ödəməyəcək.

Qeyd edək ki, Harri Maquayr 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir.