Bahalı transfer etməyəcəyik – “Bavariya”
08.05.2021 - 16:57
Bahalı transfer etməyəcəyik – “Bavariya”

“Bavariya”nın prezidenti Gerbert Hayner yay transfer dönəmində necə siyasət yürüdəcəklərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri bunun üçün külli miqdarda pul xərcləməyəcəklərini söyləyib.

O, münhenlilərin hazırkı heyətinə güvənir: “Gələn mövsüm üçün heyətimiz tam olacaq. Amma bahalı transfer etməyəcəyik. Böyük potensiala malik inanılmaz dərəcədə güclü, gənc kollektivimiz var. Buna görə narahat deyiləm. Bahalı transferlərə ehtiyac görmürəm. Ən yaxşı heyətə sahib olmaq istəyirik, amma həqiqət budur ki, maliyyə problemi var. Pandemiyanın bizi ciddi şəkildə yaraladığı sirr deyil”.

Hayner “İnter”in müdafiəçisi Əşrəf Hakimi ilə maraqlandıqları ilə bağlı iddiaları təkzib edib: “Bu şayiələrin haradan qaynaqlandığını bilmirəm. Təəccüblənmirəm, amma bu barədə klubdan heç kim mənimlə əlaqə qurmayıb. Əşrəf “İnter”də xoşbəxtdir”.

Qeyd edək ki, mövsümün sonunda Xavi Martines, David Alaba və Jerom Boatenqin “Bavariya”nı tərk edəcəyi dəqiqdir. Komandanı gələn mövsümdən Yulian Naqelsmann çalışdıracaq.