Bakıdakı futbolçuya qiymət oxudular – 30 milyon
03.07.2021 - 21:32
Danimarka millisinin futbolçusu Mikkel Damsqardın qiyməti bəlli olub.
Apasport.az saytının məlumatına görə, hazırda AVRO-2020-nin Bakıda keçirilən oyununda Çexiyaya qarşı matça çıxan yarımmüdafiəçi “Milan”a keçə bilər.
“Sampdoriya” futbolçusu üçün 30 milyon istəyir. Genuyalılar oyunçu dəyişikliyinə də razılaşmayıb. Amma klub rəhbərliyinin 5 milyon endirimə razı olduğu bildirilir.
Qeyd edək ki, Damsqard “Barselona”nın da maraq dairəsindədir.
0
0