Balayev “Tobol”la Dubaya yollandı, sonra komandadan ayrıldı
09.01.2020 - 11:19
Balayev “Tobol”la Dubaya yollandı, sonra komandadan ayrıldı

Azərbaycan milli komandasının futbolçusu Emil Balayevin şərəfini qoruduğu Qazaxıstanın “Tobol” klubu təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi postuna erməni Qriqori Babayanın gəlməsi üzündən Kostanay təmsilçisindən ayrılacağı gözlənilən qolkiper komandası ilə Dubaya gedib.

Bunu klubun direktoru Nikolay Panin açıqlayıb. O bildirib ki, E.Balayev “Tobol”la birlikdə Asiya ölkəsinə yollansa da, düşərgəni erkən tərk edəcək: “Emil Balayev də Dubaya gəlib. Amma sabah Türkiyədə planlı reabilitasiyası nəzərdə tutulub. Toplanışın bir hissəsini orada keçirəcək qapıçı fərqi proqramla çalışacaq”.