“Öz-özünə zəifləyən “Marsel”də pərdə arxasında və meydançada həll olunası çox şey var”.
Apasport.az saytının məlumatına görə, bunu Fransanın tanınmış futbol təhlilçisi və şərhçisi Denis Balbir deyib.
Müxtəlif vaxtlarda futbol məsləhətçisi kimi də fəaliyyət göstərmiş jurnalist Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” cütlüyü barədə fikirlərini bölüşüb. Balbir cavab qarşılaşması öncəsi Fransa təmsilçisi ilə bağlı narahatlıqlarını dilə gətirib: “Qarabağ” ilk oyun bir daha göstərdi ki, “Marsel” zəif rəqiblərə qarşı çətinlik çəkir və evdə çətin anlar yaşayır. Çempionlar Liqasında yer uğrunda mübarizə apararkən bu turnirdə iştirak bir az bezdirici olur. Üstəlik, Xorxe Sampaoli ilə Arkadiuş Milik arasında mübahisə də var. “Marsel”də gümrahlıq çatmır. “Qarabağ”la səfər görüşündən sonra komanda bunun üçün daha çox darıxacaq. Mövsümün sonu üçün indidən narahat olmaq lazımdır”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq. Marseldəki ilk oyunda ev sahibləri 3:1 hesablı qələbə qazanıb.