Balotelli "qapıya girdi"
02.01.2020 - 09:59
İtaliyanın “Breşiya” klubunun futbolçusu Mario Balotelli xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, qalmaqalları ilə ad çıxaran hücumçu bu dəfə qəzanın iştirakçısı olub.
Futbolçunun da içində olduğu gümüşü “Fiat500Abarth” Şimali Breşiyadakı çörəkxanalardan birinin qapısına girib. Sükan arxasında gecə klubunda bayramı qeyd etməkdən qayıdan futbolçu deyil, onun dostu olub.
Futbolçu və sürücü xəsarət almasa da, avtomobil ciddi əzilib. Nəticədə M.Balotelli hadisə yerindən evinə qədər piyada getməyə məcbur olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0