Baş məşqçi dəyişikliyi Emreliyə düşərli olacaq – SƏBƏB
23.04.2022 - 14:06
Baş məşqçi dəyişikliyi Emreliyə düşərli olacaq – SƏBƏB

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Zaqreb “Dinamo”sundakı karyerasında dəyişiklik ola bilər.

Apasport.az saytının məlumatına görə, Xorvatiya mətbuatı bu qənaətə gəlib.

Baş məşqçi Jelko Kopiçin əvəzinə Ante Çaçiçin gətirilməsi Mahirin önündə yeni üfüqlər açmalıdır. Bir neçə gün əvvələ təsadüf edən dəyişikliyin heyətə necə təsir edəcəyini təhlil edən xorvatlar həmyerlimizin bundan yararlanacağını düşünür: “Şübhəsiz ki, Çaçiç hücum xəttində Petkoviçə güvənmək istəyəcək. Lakin “Dinamo” bu oyunçunu istəmir. Bu üzdən baş məşqçi yaxşı formada olanlara güvənməlidir. Mahir Emreli özünü daha istəkli göstərir. Düzdür, hələ Petkoviç qədər olmasa da ustalıq səviyyəsi də yüksəkdir. Andriç az oynasa da, məhsuldar və yaxşı təsir bağışlayıb”.

Qeyd edək ki, Mahir bu qış “Legiya”dan “Dinamo”ya keçib.