Baş məşqçi ilə bağlı qərarını açıqladı - assosiasiya
05.07.2021 - 14:07
Belçika millisinin baş məşqçisi Roberto Martinesin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Belçika Futbol Assosiasiyası 48 yaşlı mütəxəssisis postunda saxlayıb.
Komanda AVRO-2020-nin 1/4 final mərhələsində İtaliyaya məğlub olaraq turnirlə vidalaşmasına baxmayaraq, assosiasiya onun istefaya göndərilməyəcəyini açıqlayıb. Martines özü də DÇ-2022-nin sonuna qədər nəzərdə tutulan müqaviləyə sadiq qalacaq.
Qeyd edək ki, Martines 2016-cı ildən Belçika millisinə rəhbərlik edir.
0
0