Baş məşqçi ilə yeni müqavilə - Premyer Liqada
14.09.2020 - 01:46
İngiltərənin “Vulverhempton” klubu baş məşqçisi ilə bağlı qərar verib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Nunu Eşpiritu Santu ilə müqaviləni uzadıb.
Portuqaliyalı mütəxəssislə yeni anlaşma 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Müqavilənin maliyyə tərəfləri açıqlanmır.
Qeyd edək ki, “Vulverhempton” cari mövsümdə ilk oyununu sabah “Şeffild Yunayted”ə qarşı keçirəcək.
0
0