Baş məşqçi postuna ilk namizədi – “Tottenhem”in
13.05.2021 - 22:31
“Tottenhem” klubu gələn mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi bu posta ilk namizədini müəyyənləşdirib.
Klub rəhbərliyi komandanı hazırda “Fulhem”i çalışdıran Skott Parkerə tapşırmaq niyyətindədir. Paytaxt təmsilçisi 40 yaşlı mütəxəssisin böyük potensiala sahib olduğunu düşünür. Üstəlik, Parker 2011-2013-cü illərdə “Tottenhem”in formasını geyinib.
Qeyd edək ki, aprelin 19-da Joze Mourinyonu istefaya göndərən “Tottenhem” müvəqqəti olaraq baş məşqçi postuna Rayan Meysonu təyin edib.
0
0