Baş məşqçisini dəyişdi – Bundesliqa klubu
26.04.2021 - 17:30
Almaniyanın “Auqsburq” klubunda baş məşqçi dəyişikliyi olub.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi Hayko Herrlixi istefaya göndərib.
Klub rəhbərliyi bu posta Markus Vaynsirli gətirib. Yeni baş məşqçi ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki. “Auqsburq” 31 turdan sonra Bundesliqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
0
0