Baş məşqçisini göndərdi – “Breşiya”
08.12.2020 - 09:25
İtaliyanın “Breşiya” klubu baş məşqçisini istefaya göndərib.
Apasport.az saytının məlumatına görə, Dieqo Lopes uğursuz nəticələrdən sonra vəzifəsini tərk etməli olub.
Ötən mövsüm A seriyasını tərk edən breşiyalılar B seriyasının 9 turundan sonra 14-cü yerdə qərarlaşıb. Bu da iki ay öncə baş məşqçi təyin olunan uruqvaylı mütəxəssisin istefası ilə nəticələnib.
Qeyd edək ki, baş məşqçi postuna əsas namizəd David Dioniqdir.
0
0