Baş məşqçisini göndərdi – La Liqanı tərk etdiyi üçün
25.05.2021 - 13:23
Baş məşqçisini göndərdi – La Liqanı tərk etdiyi üçün

İspaniyanın “Valyadolid” klubu baş məşqçisi Serxio Qonsalesi istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, 2018-ci ildən bu postda olan 44 yaşlı mütəxəssis uğursuzluq səbəbindən postundan kənarlaşdırılıb.

Onunla birlikdə idman direktoru Migel Anxel Qomes də klubu tərk edib. La Liqanın son turunda “Atletiko”ya 1:2 hesabı ilə uduzan “Valyadolid” Sequndaya yuvarlanıb. Bu qələbə “Atletiko”ya çempionluq bəxş edib.

Qeyd edək ki, “Valyadolid”in sahibi braziliyalı futbol əfsanəsi Ronaldodur.
 

0