Belarus yığmasının oyunu təhlükədə - SƏBƏB
01.06.2021 - 11:52
Sabah Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Belarus yığmasının növbəti matçı təhlükə altına düşüb.
Apasport.az saytının məlumatına görə, Georgi Kondratyevin yetirmələrinin Syerra-Leone ilə yoxlama oyunu baş tutmaya bilər.
Bu görüş iyunun 7-də baş tutmalıdır. Lakin Belarusa aviauçuşlara qadağaların qoyulması qarşılaşmanın təşkilini sual altına salıb. Matçın taleyinə yaxın müddətdə aydınlıq gəlməlidir.
Belarusun U-21 yığmasının Kiprlə Avropa çempionatında keçirməli olduğu yoxlama görüşü isə təxirə salınıb. Bu qarşılaşma gələn ilə keçirilib.
0
0