21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində Avstriya ilə matçının hakimləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA A qrupunun II turu çərçivəsində səfərdə baş tutacaq görüşə Belarusdan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
Sentyabrın 7-dəki qarşılaşmanı Amine Kurqeli idarə edəcək. Ona Yuri Xomçenko və Viktor Getskov kömək edəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov icra edəcək.
Qeyd edək ki, “Kiene Sorgen Arena”da keçiriləcək Avstriya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yığmamız qrupdakı ilk oyununda Xorvatiyaya 0:2 hesabı ilə məğlub olubsa, Avstriya Estoniya üzərində eyni hesabla qalib gəlib.