“Neftçi” daha bir əcnəbi futbolçusu ilə yollarını ayıra bilər.
Apasport.az saytının Belçika mətbuatına istinadən məlumatına görə, müdafiəçi Tallison Diazın bu ölkəyə qayıtmaq variantı yaranıb.
Bildirilib ki, “Sent-Truyden”in sabiq sol cinah oyunçusu Belçikanın bir neçə klubunun maraq dairəsindədir. Yeganə problem kimi 30 yaşlı braziliyalının “Neftçi” ilə müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdır. Futbolçu “ağ-qaralar”da müntəzəm oynamadığı üçün komandadakı durumundan da məmnun deyil. O, ötən mövsüm Premyer Liqada 18 matçda meydana çıxıb.
Qeyd edək ki, Tallison Diaz “Neftçi”yə ötən ilin yayında “Quarani”dən keçib.