Benzema və Mendi “Selta”ya qarşı da oynamayacaq
29.03.2022 - 17:41
Benzema və Mendi “Selta”ya qarşı da oynamayacaq

“Real”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Kərim Benzema və Ferlan Mendi tam bərpa olunmayıb.

Futbolçular bugünkü məşqi də fərqi hazırlıqla kifayətlənib. Onların “Selta” ilə La Liqanın 30-cu turunda oynaması sual altındadır. Böyük ehtimalla hər iki futbolçu matçı buraxacaq.

Qeyd edək ki, Benzema və Mendi “Barselona” ilə 29-cu turun görüşündə (0:4) də forma geyinməyib.