Berluskoninin komandasına keçdi - Boatenq
28.09.2020 - 22:19
Berluskoninin komandasına keçdi - Boatenq

"Fiorentina" klubunun futbolçusu Kevin-Prins Boatenq komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirəcək.

Boatenq B seriyasında çıxış edən "Montsa" klubu ilə anlaşıb. Forvardla 1+1 illik müqavilə imzalanıb. İtalyanlar rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.

Qeyd edək ki, "Montsa"nın sahibi "Milan"ın sabiq prezidenti Silvio Berluskonidir.