Beyl “102”yə çatdı – zədə səbəbindən
13.09.2021 - 00:06
Qaret Beylin “Real”ın “Selta” ilə oyununu buraxmasının səbəbi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, uelslinin İspaniya La Liqasının IV turunun matçında oynamasına zədəsi mane olub.
Bu, Beylin Madrid klubunda zədə üzündən buraxdığı 102-ci qarşılaşmadır. O, 2013-cü ilin yayında transfer olunduğu “Real”da bu qədər oyunu buraxmalı olub.
Qaret ötən mövsümü “Tottenhem”də icarədə keçirib.
0
0