Bir klubla ən çox liqa matçına çıxanlar – son 10 ildə
04.05.2021 - 00:06
Bir klubla ən çox liqa matçına çıxanlar – son 10 ildə

Son 10 ildə Avropada bir klubun heyətində ən çox oyuna çıxan futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda “böyük beşlik” ölkələrində bu baxımdan ən yüksək göstəriciyə malik oyunçular yer alıb.

Kasper Şmeyxel (İngiltərə) - 375 oyun
Əfsanəvi Peter Şmeyxelin oğlu 10 ildir “Lester”in formasını geyinir. Danimarkalı qapıçı bu müddətdə Premyer Liqada 375 matça çıxıb ki, bu da ən yüksək göstəricidir.

Lionel Messi (İspaniya) - 344 oyun
Messi 16 ildir “Barselona”nın uğurları üçün çalışır. Argentinalı son 10 ildə kataloniyalıların heyətində 344 görüşdə iştirak edib, bir çox rekorda imza atıb.

Samir Handanoviç (İtaliya) - 326 oyun
Sloveniyalı 9 ildir “İnter”in çərçivəsini qoruyur. Bir il əskik olmasına baxmayaraq, İtaliya A seriyasında ən çox meydana çıxan futbolçudur.

Fabian Klos (Almaniya) - 325 oyun
Klos 10 ildir Bundesliqada “Arminiya”nın şərəfini qoruyur ki, bu müddətdə 325 oyunda iştirak etməklə hər kəsi qabaqlayır.

Hilton da Silva (Fransa) - 319 oyun
Braziliyalı mərkəz müdafiəçisi 10 ildir “Monpelye”nin formasını geyinir. 43 yaşlı da Silva Fransada rekordçudur.


 

0