Bir mükafat, altı iddiaçı
27.01.2022 - 16:31
Bir mükafat, altı iddiaçı

İngiltərə Premyer Liqasında ayın futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yanvar ayının ən yaxşısı adına 6 futbolçu iddia edir.

Mükafata namizədlər Carred Bouen (“Vest Hem”), Kevin de Breyne (“Mançester Siti”), David de Xea (“Mançester Yunayted”), Cek Harrison (“Lids”), Joau Moutinyo (“Vulverhempton”) və Ceyms Uord-Prouzdur (“Sauthempton”). Ən yaxşı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

Qeyd edək ki, qalibin adı gələn həftə açıqlanacaq.