“Valensiya”nın futbolçusu Daniel Vass karyerasını “Atletiko”da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı danimarkalı müdafiəçi bu gün tibbi müayinədən keçəcək.
Futbolçu Madrid təmsilçisi ilə 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Onun keçidi 2,5 milyon avroya reallaşacaq.
“Valensiya”nın özü də transferə hazırlaşır. İspaniya təmsilçisi Tanqi Ndombeleni heyətinə qatmaq niyyətindədir.
“Tottenhem”in yarımmüdafiəçisinin PSJ-yə keçidi gözlənilsə də, bu transfer baş tutmayıb. La Liqa klubu Ndombelenin transferi ilə bağlı danışıqlara da start verib.
Qeyd edək ki, Tanqinin londonlularla müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.