Biri gedir, biri gəlir – “Liverpul”da
14.08.2021 - 14:44
İngiltərənin “Liverpul” klubu müdafiəçisi Ben Devislə vidalaşır.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu “Şeffild Yunayted”ə icarəyə verilir.
2021-ci ilin fevralında “Preston”dan 1,85 milyon avroya alınan müdafiəçi “Liverpul”da debüt etmədən Şeffild klubuna göndərilir.
Əvəzində mersisaydlılar hücumu gücləndirmək niyyətindədir. “Vulverhempton”un hücumçusu Adama Traore Liverpulun eyniadlı klubuna keçməyə yaxındır.
0
0