35 yaşlı Kərim Benzema “Real” karyerasında ən məhsuldar mövsümünü keçirir.
Apasport.az saytı Azərbaycan Premyer Liqasının cari mövsümündə qol vuran ən yaşlı futbolçuları müəyyənləşdirib.
Benzema ilə həmyaşıd və ya daha böyük olan üç futbolçu çempionatımızda qol vurub. Söhbət 34 yaşını tamamlayan oyunçulardan gedir.
Yaşı “34+” olanlar arasında mütləq rekordçu Tyaqo Bezerradır. “Neftçi”nin legioneri artıq 5 qola imza atıb.
Siyahıda ikinci sırada da “ağ-qaralar”ın üzvü qərarlaşıb. Vojislav Stankoviç 2 dəfə fərqlənib.
“Qoca” qolçular siyahısında üçüncü pillədə Asif Məmmədov qərarlaşıb. Bir qola imza atan “Qəbələ”nin üzvü çempionatda fərqlənən ən yaşlı futbolçudur.